10.05.2022 10:58:35
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas), sionist rejimə müqavimət liderlərinə qarşı baş verə biləcək sui-qəsd planları ilə bağlı sərt xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki, Livanın “Əl-Əhbar” qəzeti dünən Həmas-ın müəyyən vasitəçilər yolu ilə, sionist rejimə etdiyi ən təhlükəli təhdidini açıqlayıb.
Məlumata görə, Həmas vasitəçilərə, sionistlərin Qəzzada HƏMAS lideri Yəhya əs-Sinvar və İordan çayının qərb sahilində Saleh əl-Aruriyə qarşı hazırkı təhrikləri barədə məlumat verib.
HƏMAS xəbərdarlıq edib ki, belə bir sui-qəsdin baş verəcəyi təqdirdə, İsrailin işğalı altında olan Fələstindəki şəhər və strateji mərkəzlər müqavimət qüvvələrinin raketlərinin hədəfinə çevriləcək.
Xatırladaq ki, ötən həftə Əl-Ad şəhərində müqavimət əməliyyatı zamanı 3 sionist öldürülüb, 4-ü isə yaralanıb. Bundan sonra bəzi sionist deputatlar HƏMAS-ın aparıcı liderlərindən biri olan Əl-Sinvarın Qəzzada yerləşən evinin bombalanmasını istəyiblər.