HƏMAS: Sionist rejim Qəzzə zolağının şimalında vəhşi cinayət törətdi

HƏMAS: Sionist rejim Qəzzə zolağının şimalında vəhşi cinayət törətdi

HƏMAS sözçüsü işğalçı rejimin Qəzzə zolağının şimalında jurnalistləri və yardım işçilərini hədəf almaqla vəhşi cinayət törətdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS sözçüsü Hazim Qasim bildirib ki, sionist rejim atəşkəs razılaşmasını açıq şəkildə pozaraq, bir qrup jurnalist, yardım və humanitar fəaliyyətlərdə iştirak edən insanları hədəfə alıb, dəhşətli cinayət törədib. HƏMAS sözçüsü deyib: “İşğalçı rejim humanitar böhranı dərinləşdirmək, keçidləri bağlayaraq aclığa səbəb olmaq, mal və yardım materiallarının Qəzzə zolağına daxil olmasını əngəlləmək məqsədi ilə qəsdən yardım işçilərini öldürür.” H. Qasim vurğulayıb: “İşğalçı rejimin jurnalistləri hədəfə almaqda məqsədi sionist rejimin Fələstin xalqına qarşı cinayətləri ilə bağlı həqiqətlərin çatdırılmasının qarşısını almaq, humanitar qanun və normaların dəhşətli şəkildə pozulmasının üzə çıxarılmasına mane olmaqdır.”

Xəbəri paylaş

VİDEOLAR