HƏMAS sionist rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı müharibə və soyqırımını, bu zolağın şimalının mühasirəsini, bu bölgədə qıtlıq və aclığı pisləmək, Fələstin xalqının müqavimətini və sabitliyini dəstəkləmək, onun hüquqlarını müdafiə etmək üçün qlobal xalq hərəkatlarının aktivləşdirilməsinə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatı yaydığı bəyanatda vurğulayıb ki, İslam və Ərəb ümmətinin bütün millət və cərəyanlarını və dünyanın azad insanlarını növbəti cümə, şənbə və bazar günləri bütün şəhər və meydanlarda işğalçı rejimin və onu dəstəkləyən ölkələrin səfirliklərini mühasirəyə alaraq nümayiş və yürüşləri gücləndirməyə, bu rejimin Qəzzəyə qarşı müharibəsini, bu zolağın şimalını blokadaya almasını, Fələstin xalqına qarşı soyqırım və aclığın davam etdirməsini pisləməyə, Amerika, İngiltərə və Almaniyanın müharibə və işğalçı rejimin cinayətlərinə dəstəyini qınamağa çağırırıq.
Hərəkat qeyd edib ki, hər kəs sionist işğalçı ordunun Qəzzə zolağında bir ildən artıqdır ki, törətdiyi cinayət və qətllərə, bu zolağın şimalında fələstinliləri saxlamasına və dinc əhaliyə qarşı soyqırımına etirazını bildirməlidir. Çünki Qəzzə zolağındakı müqavimətli Fələstin xalqı ümmətin və dünyanın azad insanlarının fəal və effektiv iştirakını və Qəzzədə müharibə və soyqırımı dayandırmaq üçün təzyiq edəcəyini gözləyir.