Əsir mübadiləsi və Qəzzaya hücumların dayandırılması ilə bağlı danışıqlar davam edərkən, HƏMAS-ın adını açıqlamayan rəsmisi Qahirədə atəşkəs danışıqlarının başladığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS və sionist İsrail Misirdə növbəti dəfə görüşdülər. Əsirlərin dəyişdirilməsi və hücumların dayandırılması müzakirə olunarkən, İsrail nümayəndə heyətinin HƏMAS-dan sağ qalan məhbusların tam siyahısını tələb etdiyi, verilmədiyi təqdirdə daha bir nümayəndə heyətinin göndərilməyəcəyi bildirilib. Qahirəyə ABŞ və Qətərdən də rəsmilər gəlib.
“İsrail HƏMAS-ın Qəzzanın şimalına məcburi köçkün fələstinlilərin qaytarılması və humanitar yardımın artırılması kimi tələblərini qəbul edərsə, yaxın 24-48 saat ərzində atəşkəs mümkün ola bilər”, - deyə adı açıqlanmayan rəsmi bildirib.
ABŞ rəsmisi dünən İsrailin 6 həftə davam edə biləcək atəşkəsi qəbul etdiyini bildirib və "İndi Həmas bunu qəbul etməlidir" deyib.