Həmas: Netanyahunun təhdidləri bizi qorxutmaz, əksinə...

Həmas: Netanyahunun təhdidləri bizi qorxutmaz, əksinə...

Fələstinin Həmas və İslami Cihad Təşkilatları İsrailin təhdidlərinə cavab verib

 Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Həmas sözçüsü Fevzi Berhum Netanyahunun təhdidlərinə cavab verib.

O mövzu ilə bağlı açıqlamasında: “İsrail xalqımıza, torpaqlarımıza, müqəddəs məkanlarımıza və Qəzzaya qarşı axmaq və qəbuledilməz addımlar atarsa, cavabımızın sərt olacağını bilməlidir. Netanyahunun təhdidləri bizi qorxutmaz, əksinə, Fələstin xalqını, İordan çayının Qərb sahili və Qəzzadakı müqavimət qruplarını işğala qarşı mübarizəni davam etdirməyə məcbur edər. İsrail bu axmaq təhdidlərlə Fələstin xalqının iradəsini pozmağa və öz ölkəsi daxilindəki böhranları ört-basdır etməyə çalışır”, - deyib. 

  İslam Cihadın açıqlamasında da Fələstin müqavimətinin heç bir təhdidə biganə qalmayacağına diqqət çəkilib.

Qeyd edək ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahu "Qəzzada yeni bir əməliyyat təşkil etməyə hazırıq", -deyə açıqlama yaymışdı.

Xəbəri paylaş

VİDEOLAR