HƏMAS: Müqavimət işğalçı rejimin cinayətlərinə əməli cavab verir

HƏMAS: Müqavimət işğalçı rejimin cinayətlərinə əməli cavab verir

Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) sözçüsü bildirib ki, “Kariat Ərbə” müqavimət əməliyyatı müqavimətin işğalçıları güclü zərbələrlə təəccübləndirə biləcəyini sübut edib.

Az.rasthaber.com xəbər verir ki, Şənbə gecəsi fələstinli mücahid Məhəmməd Kamal əl-Cəbarinin sionistlərin İordan çayının qərb sahilinin cənubundakı əl-Xəlil şəhərinin Kariat Ərbə qəsəbəsində həyata keçirdiyi müqavimət əməliyyatında bir sionist məhv edilib, beşi isə yaralanıb.

Fələstin İslami Müqavimət Hərəkatının Həmas sözçüsü Hazim Qasim sionistlərin “Kəriat Ərbə” qəsəbəsində Fələstinin müqavimət əməliyyatına toxunaraq, müqavimət güllələrinin sionistlərin qəsəbə tikintisi və qətllərinə əməli reaksiya olduğunu bildirib.

Fələstinin Qurtuluş Xalq Cəbhəsi verdiyi açıqlamada Əl-Xəlil əməliyyatının Fələstin xalqının müqavimətinin yüksəlməsinə vurğu olduğunu və şəhidlərin qanının inqilab, müqavimət və qurtuluşun şəfəqi olduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR