Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə vasitəçilərə xəbərdarlıq edib ki, sionist İsrail ordusunun Qəzza, Rəfah və digər bölgələrdə gərginliyi artırması atəşkəs razılaşması üçün danışıqlar prosesini başlanğıc nöqtəyə qaytaracaq.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamaya görə, sionist İsrail ordusunun Qəzzada törətdiyi genişmiqyaslı qırğınlar və məcburi köçkünlər davam edərkən Haniyə vasitəçilər ilə təcili əlaqə saxlayıb.
Danışıqlar zamanı Haniyə Qəzza, Rəfah və digər şəhərlərdə baş verənlərin fəlakətli nəticələri barədə xəbərdarlıq edib.
Danışıqlar prosesinin uğursuzluğuna görə məsuliyyətin tamamilə sionist İsrailin baş naziri Benyamin Netanyahu və ordusunda olduğunu vurğulayan Haniyə Qəzza, Rəfah və digər yerlərdə baş verənlərin danışıqlar prosesini başlanğıc nöqtəsinə qaytaracağı ilə bağlı xəbərdarlıq edib.