İsmayıl Haniyə Sudanın işğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmasını pisləyib
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Sudanın işğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq qərarına münasibət bildirib.
İsmayıl Haniyə açıqlamasında vurğulayıb ki, son zamanlar bəzi dövlətlərin İsrail rejimi ilə əlaqələri yaxşılaşdırması İslam ümməti ilə vicdanları qarşısında cavab verəcəklərini həqiqətini dəyişməyəcək.
HƏMAS lideri Sudanı verdiyi qərara görə qınadıqlarını və bununla barışmayacaqlarını sözlərinə əlavə edib.
Bundan əlavə İsmayıl Haniyə qeyd edib ki, Fələstin xalqı torpaqlar azad edilənə qədər mübarizəsini davam etdirməyə səy göstərəcək.