Həmas lideri İsrail prezidentinin Türkiyə səfəri barədə

Həmas lideri İsrail prezidentinin Türkiyə səfəri barədə

Həmas lideri İsmail Haniyə sionist İsrail prezidenti Hersoqun Türkiyəyə səfərindən danışıb.

Az.rasthaber.com xəbər verir ki, Haniyə Rudaw-a açıqlamasında bildirib:
"Türkiyəli qardaşlarımıza İsraillə normallaşmanın əleyhinə olduğumuzu açıqca bildirdik.
Şübhəsiz ki, biz heç vaxt İsrail rejimi ilə münasibətlərin qurulmasının tərəfdarı deyilik. Biz ərəb və müsəlman dövlətlərinin İsraillə münasibətlərin normallaşmasına qarşıyıq. Bu normallaşma həm Fələstin məsələsi, həm də həmin dövlətlərin özləri üçün zərərlidir. Bu Türkiyəyə də aiddir.
Biz bunu türk qardaşlarımıza açıq şəkildə çatdırmışıq. Təbii ki, biz heç kimin, o cümlədən Türkiyənin daxili işlərinə qarışmırıq. Amma biz Fələstin xalqı olaraq öz mövqeyimizi açıq şəkildə bildirdik".

Xəbəri paylaş

VİDEOLAR