İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin yaxın vaxtlarda İrana gələcəyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin yaxın vaxtlarda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə İrana gələcəyi açıqlanıb.
Haniyə Tehranda İran rəsmiləri ilə görüşərək regional məsələləri və Fələstindəki son hadisələri müzakirə edəcək.