HƏMAS: Əl-Əqsa məscidi sionizmlə mübarizəmizin əsasını təşkil edir

HƏMAS: Əl-Əqsa məscidi sionizmlə mübarizəmizin əsasını təşkil edir

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Məscidül-Əqsanın Fələstin xalqının işğalçı sionist rejimə qarşı mübarizəsinin əsasını təşkil etdiyini vurğulayıb.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Əl-Əqsa məscidi Qüdsün İslam və Fələstinə aid olmasının əsas simvolu kimi tanınır.

Fələstinlilər sionist rejim qarşısında həmrəyliklərini nümayiş etdirmək üçün hər zaman, xüsusilə də cümə günləri Əl-Əqsa məscidində fəal və geniş şəkildə iştirak edirlər.

FəHƏMAS bir bəyanatda sionist rejimə Əl-Əqsa məscidi və fələstinli ibadətçilərə qarşı təcavüzün davam etdirilməsinin nəticələri ilə bağlı sərt xəbərdarlıq edib.

Bildirilib ki, düşmənlə mübarizə və Əl-Əqsa məscidinin müdafiəsi bu müqəddəs məkan işğalçılardan azad olunana qədər Fələstin xalqının və İslam ümmətinin vəzifəsidir.

Qüdsdə yerləşən Əl-Əqsa məscidi region və dünyadakı fələstinlilər və digər müsəlmanlar üçün ən mühüm məkanlardan biridir və sionist rejim bu müqəddəs məkanı dağıtmağa çalışır, lakin Fələstin xalqının müqaviməti və sayıqlığı İsrail rejimini nakam qoyub və iflasa uğradıb. 

Xəbəri paylaş

VİDEOLAR