HƏMAS İsrailin Suriyaya hücumunu qınadı

HƏMAS İsrailin Suriyaya hücumunu qınadı

Bu haqda Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim açıqlama verib

Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejiminin Suriyaya son hücumlarına münasibət bildirib.

Hazim Qasim açıqlamasında vurğulayıb ki, bu hücumlar İsrail rejiminin işğalçı zehniyyətini ortaya qoyub.

"Sionist rejimin Suriyaya hücumu bütün İslam ümmətinə düşmənliyini ortaya qoyur. Bu barədə mövqeyimiz dəyişməzdir. Suriya xalqının yanındayıq", - deyə Hazim Qasim diqqətə çatdırıb.

O qeyd edib ki, ABŞ Təl-Əviv hökumətinin hücumlarının arxasında tam olaraq dayanır.

Xəbəri paylaş

VİDEOLAR