Bu haqda Fələstin İnformasiya Mərkəzi məlumat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS sözcüsü Hazim Qasim sionist rejimə aid qırıcıların Suriyanın Hama vilayətinə son hücumunu tənqid edib.
Qasim mövzu ilə bağlı “Sionist rejimə aid qırıcıların Hama vilayətinə hücumu bütün İslam ümmətini hədəf alması deməkdir”, - deyə bildirib.
HƏMAS sözcüsü sonra deyib: “Sionist rejimin cinayətləri ABŞ-ın və bölgədəki bəzi ölkələrin İsraillə əlaqələri normallaşdırma arzusundan qaynaqlanır.”
Qeyd edək ki, Sionist rejimə aid qırıcılar İsrail hava sahəsini pozaraq Suriyanın Hama vilayətində Misyaf bölgəsində bir hərbi nöqtəyə hava hücumu həyata keçirib Ancaq Suriya ordusunun hava müdafiə sistemləri İsrailin Hama hücumunun qarşısını ala bilmişdi.