HƏMAS: İsrail özünə haqq qazandırmaq üçün teatr oyunları qurur

HƏMAS: İsrail özünə haqq qazandırmaq üçün teatr oyunları qurur

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS sionist İsrailin "HƏMAS-ın fəaliyyətlərini göstərən kəşfiyyat məlumatlarına uyğun olaraq müəyyən bir binaya basqın edib" bəyanatına cavab verib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS bəyanatında bu açıqlamaları verib:

“İsrailin Şifa xəstəxanasında silah və avadanlıqların olması iddiası Qəzzada səhiyyə sektorunu məhv etmək cinayətinə bəraət qazandırmağa çalışdığı yalanların və ucuz təbliğatın davamından başqa bir şey deyil.

Bu iddialar İsrailin Rantisi Uşaq Xəstəxanasına basqın zamanı apardığı boş təbliğata bənzəyir. İsrail harasa silah yerləşdirməklə, artıq heç kimi aldada bilməyəcəyi gülməli bir teatr oyunu qurur.

Biz İsrailin uşaqlara, qadınlara və müdafiəsiz mülki insanlara qarşı cinayətlərini ört-basdır etmək üçün yaydığı yalanların və aldatmaların miqyasının fərqindəyik.

Biz iki həftədir ki, xəstəxanaların vəziyyətini nəzərdən keçirmək və İsrailin yalanlarını və yalan iddialarını aşkar etmək üçün beynəlxalq komitə yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq təşkilatlara çağırışımızı bir neçə dəfə təkrar edirik”.

Xəbəri paylaş

VİDEOLAR