HƏMAS İrlandiyanın Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı iddiasına qoşulmaq qərarını alqışlayıb.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS İrlandiyanın Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayət işinə qoşulması qərarını alqışlayaraq, digər ölkələri də bu işə qoşulmağa çağırıb.
HƏMAS vurğulayıb: "Biz bütün ölkələri Fələstin xalqına qarşı amansız hücumları dayandırmaq üçün düşmən İsrailə qarşı istənilən təzyiqi gücləndirməyə çağırırıq."
Hərəkat əlavə edib: "Bütün ölkələri Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı soyqırım iddiasına qoşulmağa çağırırıq."