HƏMAS: İordan çayının qərb sahili işğalçı rejimə zərbə vurmağa qadirdir

HƏMAS: İordan çayının qərb sahili işğalçı rejimə zərbə vurmağa qadirdir

HƏMAS sionist hərbçilərin İordan çayının qərb sahilinə hücumu və Fələstin vətəndaşlarının həbsinə reaksiya verərək, İordan çayının qərb sahilinin işğalçı rejimə zərbə vurmağa qadir olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS bildirib ki, İordan çayının qərb sahilinin şəhərlərinə hücum, Fələstin vətəndaşlarının həbsi və döyülməsi sionist rejimin fələstinliləri müqavimət göstərməkdən, öz hüquq və torpaqlarını müdafiə etməkdən çəkindirmək üçün çıxılmaz cəhdidir.

 

HƏMAS əlavə edib: “İordan çayının qərb sahili əhalisi işğalçı rejimə qarşı mübarizəni davam etdirəcək, misli görünməmiş əməliyyatlar həyata keçirəcək və Qəzzə zolağındakı qardaşlarına dəstək verəcək.”

 

Müqavimət hərəkatı qeyd edib: “İordan çayının qərb sahilində böyük inqilabi imkanlar var ki, işğalçı rejimə və vətəndaşların evlərini və əmlaklarını dağıdan sionist köçkünlərə zərər vurmağa qadirdir.”

Xəbəri paylaş

VİDEOLAR