Həmas-ın tunelləri işğalçı İsrail rejimi ordusuna kabus yaşadır

Həmas-ın tunelləri işğalçı İsrail rejimi ordusuna kabus yaşadır

Həmas-ın tunelləri işğalçı İsrail rejimi ordusuna kabus yaşadır!

Az.rasthaber.com xəbər verir ki, “Həmas tunellərinin dağıdılması İsrail ordusunun missiyasının ən çətin hissəsi və ən vacib məqamlarından biridir. Səbirli olmalıyıq, bunun üçün vaxt lazımdır” - Bu sözləri Tel-Əvivdəki “Richman” Universitetinin professoru, yeraltı döyüş haqqında kitabın müəllifi Difne Riçmond-Barak söyləyib.

"Financial Times" qəzeti yazıb ki, HƏMAS-ın Qəzzada yeraltı tunel şəbəkəsinin əhatə dairəsi araşdırılıb və İsrail ordusundakı məlumatlı mənbələr iddia edib ki, tunel şəbəkəsinin Londondakı metro şəbəkəsindən daha böyük olduğu təxmin edilir. Bu isə, HƏMAS-ın yüksək səviyyəli liderləri və digər üzvlərinə orada sığınmağa icazə verir. Onlar məhz bu tunellər sayəsində təxminən səkkiz həftəyə yaxın işğalçı İsrailin amansız hücumundan amanda qalıb.

London metrosunda 270 əsas stansiya və 260 yarımstansiya var və bu şəbəkənin 55%-i yerdı yerləşir. 408 km dəmir yolu ilə bu şəbəkə dünyada üçüncü ən uzun şəhərdaxili nəqliyyat xəttidir.

Xəbəri paylaş

VİDEOLAR