HƏMAS-ın lideri İsmayıl Haniyə seçildi

HƏMAS-ın lideri İsmayıl Haniyə seçildi

İsmayıl Haniyə HƏMAS-ın növbəti dəfə lideri seçilib

Rasthaber Azərbaycan xəbər verir ki. dünən keçirilən daxili seçkilər zamanı İsmayıl Haniyə HƏMAS-ın  Siyasi İşlər Üzrə sədri - yəni lideri seçilib.

"İsmayıl Haniyə kimdir?"

Həmasın yeni siyasi lideri İsmayıl Haniyə 1963-cü ildə Qəzzada, Şati qaçqın düşərgəsində anadan olub.

1987-ci ildə Qəzzadakı İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib.

Haniyə 10 ildən artıq Qəzzadakı Həmas hökumətinə rəhbərlik edib.

2006-cı ildə Fələstində keçirilən parlament seçkilərində Həmas ümumi səslərin 61 faizini qazanıb.

Ancaq beynəlxalq aləm Həmasın terror təşkilatı olmasını əsas gətirərək Fələstin administrasiyasına təzyiq göstərib.

Bundan sonra administrasiyanın lideri Mahmud Abbas hökumət qurmaq səlahiyyətini Həmasa deyil, lideri olduğu Fəth təşkilatına verib.

Bu isə narazılığa və ardınca gərginliyə səbəb olub.

2007-ci ilin iyununda baş verən silahlı qarşıdurmadan sonra Həmas Qəzzada hakimiyyəti ələ alıb.

Bundan sonra Fələstində iki hökumət mövcud olub.

Xəbəri paylaş

VİDEOLAR