HƏMAS-ın İrandakı nümayəndəsi deyib: “Əl-Əqsa Tufanı bütün siyasi tənlikləri alt-üst etdi və Fələstin müqaviməti üçün yeni yol açdı, çünki müqavimət fələstinlilərin hüquqlarını bərpa etməyin yeganə yoludur.”
Az.rasthaber.com xəbər verir ki, Xalid Qədumi çərşənbə günü Məşhədin Firdovsi Universitetində şəhid ailələri, tələbələr və alimlərin iştirakı ilə keçirilən tələbə konfransında deyib: “Müqavimət cəbhəsi bu gün İmam Hüseyn (ə) və Həzrət Əlinin (ə) şəhadətindən ilham alaraq güclənib.”
“Əl-Əqsa Tufanından əvvəl bəzi bölgə ölkələri başçılarının geri çəkilməsi və bir sıra Ərəb dövlətlərinin sionist rejimlə münasibətləri normallaşdırılması bu rejimin öz mövqelərini sabitləşdirməyə can atmasına səbəb oldu, amma Əl-Əqsa Tufanı hər şeyi dəyişdi və Fələstinin yeni gələcəyini yazdı” - deyə, Qədumi əlavə edib.
HƏMAS-ın İrandakı nümayəndəsi Amerikanın sionist rejimə dəstək roluna işarə edərək deyib: “Ötən əsrin əvvəllərindən bu xərçəng şişi ABŞ-ın dəstəyi ilə mövcudluğunu davam etdirir. İndi də Amerika Əl-Əqsa Tufanından sonrakı soyqırımda İsrailin hərbi büdcəsinin 70%-ni təmin edib.”