Rusiya Prezidenti Vladimir Putin Qəzzadakı Fələstin ərazisindən bir rus vətəndaşının azad edilməsindən sonra HƏMAS-a təşəkkür edib.
Az.rasthaber.com xəbər verir ki, Kremldə bu yaxınlarda azad edilən Rusiya vətəndaşı Aleksandr Trufanov və ailəsi ilə görüşən Putin çərşənbə günü bildirib ki, onun azad edilməsi Rusiyanın Fələstin xalqı ilə uzunmüddətli münasibətləri ilə əlaqəlidir.
“Əlbəttə, biz əlimizdən gələni edəcəyik ki, oxşar uğurları tez-tez təkrar edək və bu cür çətinliklərlə üzləşənlərin azadlığını təmin edək”, – Putin bildirib.
Trufanovla görüşdə “Düşünürəm ki, HƏMAS-ın siyasi rəhbərliyinə bizim çağırışımıza qulaq asdığına və bu humanitar hərəkəti həyata keçirdiyinə görə təşəkkür etməliyik, siz azad olunmusunuz. Buna görə sizi təbrik etmək istəyirəm”, – deyə ölkə başçısı əlavə edib.