Fələstinin HƏMAS hərəkatı ABŞ millət vəkillərindən olan İlhan Omarın son açıqlamasına münasibət bildirib.
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbərinə görə, verilən yazılı açıqlamada vurğulanıb ki, İlhan Omarın açıqlaması heç bir halda başa düşülən deyil.
"Qurban ilə cəlladı bərabərləşdirmək düzgün deyil.
Lakin biz İlhan Omarın Fələstin xalqına verdiyi dəstəyə görə təşəkkür edirik", - deyə HƏMAS diqqətə çatdırıb.
Qeyd olunub ki, HƏMAS hərəkatı daim Fələstin xalqının hüquqlarını müdafiə edir.