HƏMAS: Haniyənin şəhadəti göstərdi ki, müqavimət liderləri döyüş meydanının mərkəzindədirlər

HƏMAS: Haniyənin şəhadəti göstərdi ki, müqavimət liderləri döyüş meydanının mərkəzindədirlər

HƏMAS hərəkatı Tehranda bu hərəkatın keçmiş siyasi büro rəhbəri şəhid İsmayıl Həniyənin şəhadətinin ildönümü münasibətilə verdiyi bəyanatda bildirib ki, onun qətlə yetirilməsi müqavimət liderlərinin düşmənlə mübarizənin mərkəzində olduğunu sübut etdi.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS bu gün yayımladığı bəyanatda Həniyənin şəhadətinin birinci ildönümü münasibətilə vurğulayıb:

"İşğalçı rejimin HƏMAS liderlərini terror etmə siyasəti yalnız bizim Fələstin xalqının hüquqları və tələblərinə olan sadiqliyimizi artırır."

Bəyanatda əlavə edilib:
“Həniyənin şəhadəti ötəri bir hadisə deyildi, bu, bir dönüş nöqtəsi idi və sübut etdi ki, müqavimət liderləri döyüşün tam mərkəzindədirlər. Onlar müqavimət yolunda öz övladlarını qurban verirlər. Həniyənin bir neçə övladı və nəvəsi də şəhid olmuşdu."

HƏMAS daha sonra belə qeyd edib:
“Bu böyük liderimizin – Fələstin və oyanmış ümmətin şəhidinin – vəfatının birinci ildönümünü dərin kədər, sevgi, qürur və sədaqətlə yad edirik. Biz hələ də onun ‘Ali-İmran’, ‘Tövbə’ və ‘Ənfal’ surələrini oxuyarkən məlahətli səsini və onun ölməz sözlərini xatırlayırıq:
‘Heç vaxt qalalar dağılmayacaq, heç vaxt istehkamlar sarsılmayacaq və mövqelərimiz bizdən alınmayacaq. Biz heç vaxt İsraili tanımayacağıq.’”

Xəbəri paylaş

VİDEOLAR