İslami Müqavimət Hərəkatı (Həmas) Əfqanıstanın cənub-şərqində baş verən və 1000-dən çox insanın ölümünə səbəb olan zəlzələ ilə bağlı başsağlığı mesajı yayıb.
Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatı (HƏMAS), Əfqanıstanın cənub-şərqində baş verən və 1000-dən çox insanın ölümünə səbəb olan zəlzələ ilə əlaqədar əfqan xalqına və rəhbərliyinə başsağlığı verərək, ölənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib, zəlzələdən zərər çəkənlərin də tezliklə şəfa tapacağına ümid etdiyini bildirib.
HƏMAS yaydığı başsağlığı mesajında, zəlzələnin fəsadlarının aradan qaldırılmasında Əfqanıstan İslam Əmirliyi və xalqı ilə həmrəy olacağını və Uca Allahdan zəlzələdən əziyyət çəkən hər kəsə səbr dilədiklərini bildirib.