HƏMAS: Fələstinlilər müharibədən sonra Qəzzə zolağını idarə edəcəklər

HƏMAS: Fələstinlilər müharibədən sonra Qəzzə zolağını idarə edəcəklər

HƏMAS hərəkatının yüksək səviyyəli rəsmisi sionist rejimin qərbli tərəfdarlarının müharibədən sonra Qəzzə zolağının idarə olunması üçün regional və beynəlxalq qüvvələrin yaradılması ilə bağlı yaydıqları şayiələrə cavabında müharibə bitdikdən sonra Fələstin xalqının bu bölgəni idarə edəcəyini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, AFP, HƏMAS-ın yüksək vəzifəli rəsmilərindən olan Usamə Həmdana istinadən bildirib: “Müharibə bitdikdən sonra fələstinlilər Qəzzə zolağını idarə etməlidir.”

Həmdan vurğulayıb: “HƏMAS müharibə bitdikdən sonra Qəzzə zolağında fələstinlilərin birgə idarəçiliyini istəyir.”

Xəbəri paylaş

VİDEOLAR