HƏMAS: Fələstinin azadlığının əsası gənclərdir

HƏMAS: Fələstinin azadlığının əsası gənclərdir

HƏMAS maksimal sayda fələstinli əsirin azad edilməsi məqsədi ilə layiqli saziş bağlamaq istiqamətində səylər göstərməyə davam edir.

Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Zahir Cəbbarin bəyan edib.

O, İsrail rejiminin zaman faktoruna arxalanaraq sazişin əldə edilməsi prosesini qəsdən çətinləşdirdiyini deyib.

"Əgər düşmən düşünürsə ki, Müqavimətin ələ keçirdiyi (sionist) əsgərlərin azad edilməsinə görə "ödənişindən" boyun qaçıra biləcək, o zaman o, olduqca yanılır", - deyə Cəbbarin əlavə edib.

HƏMAS rəsmisi qeyd edib ki, "Şəhid İzzəddin əl-Qəssam adına Briqadalar" sionist qüvvələrin əsir götürülməsi üzrə yeni əməliyyatlar keçirməyə hazırdır və həmin əsirlər sionist rejimin zindanlarında fələstinlilərin azad edilməsi üçün istifadə ediləcək.

O vurğulayıb ki, Fələstinin azad edilməsinin əsası və özəyi gənclərdir.

Xəbəri paylaş

VİDEOLAR