Həmas Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Musa Əbu Mərzuk Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Mərzuk deyib:
“Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin administrasiyasındakı qardaşlarımızın münasibətindən utanırıq”.
Fələstin administrasiyasında bəzi rəsmilər arasında yaxşı səslərin olduğunu, lakin qalan səslərin həddindən artıq çox olduğunu ifadə edən Əbu Mərzuk deyib:
"Bir çox əcnəbi bizə məlumat verdi ki, Fələstin Muxtariyyətinin üzvləri və bəzi ərəb ölkələri gizli şəkildə Qərbi “Həması aradan qaldırmağa” çağırırlar".