"Keçən il başladığımız Qüds Qılıncı Allahın izni ilə Fələstin torpaqları azad olunana və qaçqınlar öz torpaqlarına qayıdana qədər qınına girməyəcək".
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, bunu Qəzza zolağında İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Yəhya əs-Sinvar deyib.
Qəzza şəhərində xalqa müraciət edən əs-Sinvar Qüds Qılıncı Döyüşünün nəticələrinin təqdir ediləndən daha çox olduğunu və Məscidül-Əqsanın bərəkəti ilə təsirinin hələ də hər yerdə yayıldığını bildirib.
Dünya liderlərini və işğal rejimini Məscidül-Əqsaya basqın edən işğalçı əsgərlərin görüntülərinin təkrarlanmamasını təmin etməyə dəvət edən əs-Sinvar, yuxarıda qeyd olunan görüntüləri təkrar etməyə qərar verənlərin, eyni zamanda bütün dünyada minlərlə sinaqoq və yəhudi mərkəzlərini hədəf almağa qərar vermiş olacaqlarını bildirib. .
O deyib:
"Biz dini müharibə istəmirik. Amma işğal rejimi və onun fanatik hökmdarları dini müharibə istəyirsə, biz buna hazırıq. Dinimiz və müqəddəslərimiz üçün heç nəyi əsirgəməyəcəyik. Nəyin bahasına olursa olsun, biz qətiyyətlə mübarizə aparacağıq".
Böyük bir müharibənin yaşanmaması üçün dünyanın qarşısında bir fürsət olduğunu qeyd edən Es-Sinvar müqavimət qrupları və onların hərbi qanadlarından hər an döyüşə hazır olmalarını istəyib və mübarizənin Ramazan ayının bitməsi ilə bitmədiyini xatırladıb.