Fələstin İnformasiya Mərkəzi məlumatı yayıb
Fələstin İnformasiya Mərkəzindən verilən məlumata görə, HƏMAS Hərəkatı sionist rejimin Qəzzaya qarşı 22 günlük müharibəsinin ildönümü münasibətilə bir bəyanat yayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bəyanatda HƏMAS müharibəyə tələsmədiyini lakin İsrailə qarşı yeni müharibəyə hazır olduğunu bildirib.
"Biz müharibəyə tələsmirik, Lakin əgər sionist düşmən Fələstin xalqına qarşı təcavüz və fələstinlilərin qanını tökmək niyyətindədirsə, onu təsəvvür etmədiyi bir şəkildə təəccübləndirəcəyik və onlar məğlub ayrılacaqlar", -deyə HƏMAS-ın bəyanatında deyilir.
Bəyanatın davamında deyilir: "Bu il, 2008-ci il müharibəsinin ildönümündə, müqavimət keçmişdəkindən daha hazır və daha güclüdür, xalqın ona dəstəyi də güclənib və məhbusların azad edilməsi hələ də onun əsas prioriteti olaraq qalır".