HƏMAS dünyaya səsləndi: Soyqırımı dayandırın!

HƏMAS dünyaya səsləndi: Soyqırımı dayandırın!

ABŞ rəhbərliyinin Rəfaha hücumu dəstəkləməməsi ilə bağlı HƏMAS-dan açıqlama verilib.

Az.rasthaber.com xəbər verir ki, açıqlamada bildirilib:

“ABŞ rəhbərliyinin hücuma dəstək verməmək mövqeyi özünü bu hücumun nəticələrindən və bunun nəticəsində uşaq, qadın və müdafiəsiz mülki əhalinin qətliamından azad etmir. Fələstin xalqının öldürüldüyü silahlarla işğal açıq şəkildə dəstəklənir”.

Dünyaya səslənən bəyanatda deyilib:

“Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını Fələstin xalqını yerindən-yurdundan didərgin salmaq məqsədi ilə Rəfahda soyqırımın qarşısını almaq üçün təcili və ciddi addımlar atmağa çağırırıq".

Xəbəri paylaş

VİDEOLAR