HƏMAS-dan sionist İsrail qüvvələri ilə toqquşmalarla bağlı AÇIQLAMA

HƏMAS-dan sionist İsrail qüvvələri ilə toqquşmalarla bağlı AÇIQLAMA

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Telegram hesabında sionist İsrail qüvvələri ilə toqquşmalarla bağlı açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, birinci bəyanatda bildirilib ki, dünən Qəzzə şəhərinin şimalında müqavimət döyüşçüləri ilə sionist rejim qüvvələri arasında 6 saatlıq fasiləsiz qarşıdurma olub.

Açıqlamada Cibaliya bölgəsində Köhnə Qəzza küçəsində bir evdə gizlənən işğalçı İsrail qüvvələrinin ilk dəfə RPO-A silahı ilə hədəf alındığı və evdə olan bütün əsgərlərin şəhid və yaralandığı qeyd edilib.

Başqa bir bəyanatda Qəzzanın şimalında Əs-Səftavi bölgəsində bir vertolyotun SAM-18 raketi ilə vurulduğu və eyni bölgədə sionist rejim əsgərləri ilə qarşıdurmanın baş verdiyi bildirilib.

Üçüncü açıqlamada Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində bir helikopterin SAM-18 raketi ilə hədəf alındığı, Xan Yunusun şərqində isə bir əsgərin snayperlər tərəfindən vurulduğu bildirilib.

Son olaraq Cibaliyanın qərbindəki Əbu Şibak bölgəsində 2 tankın, Əl-Bureyc Qaçqın Düşərgəsinin şərqində isə bir İsrail tankının Yasin-105 raketləri ilə vurulduğu paylaşılıb.

Xəbəri paylaş

VİDEOLAR