Bu barədə HƏMAS bəyanat ilə çıxış edib.
Rasthaber Azərbaycan "eastnews.org"-a istinadən verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatı İsrail rejiminin Afrika Birliyinə müşahidəçi olaraq qatılmasına etiraz edən ərəb ölkələrinə dəstək olub. Bu barədə HƏMAS bəyanat ilə çıxış edib.
Bəyanatda bildirilir ki, ərəb ölkələrinin bu addımı doğrudur və İsrail rejimi cinayətlərinin hər kəs tərəfindən bilinməsinin təsdiqidir.
Bundan əlavə, qeyd olunub ki, digər ərəb və Afrika ölkələri də İsrail rejiminin müşahidəçi statusuna etiraz etməlidirlər.