Həmas-dan Netanyahuya: Sizi məhv edərik!

Həmas-dan Netanyahuya: Sizi məhv edərik!

Xəlil əl-Xəyyə İsrail rejiminin Baş Naziri Binyamin Netanyahuya cavab verib.

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Xəlil əl-Xəyyə İsrail rejiminin Baş Naziri Binyamin Netanyahuya cavab verib.

Xəlil əl-Xəyyə vurğulayıb ki, Fələstin müqaviməti İsrail rejimini məhv etməyə hazırdır.

"Biz İsrail rejimi qarşısında geri addım atmayacağıq. Onların heç bir təhdidi fələstinliləri qorxuda bilməz", - deyə Xəlil əl-Xəyyə diqqətə çatdırıb.

Qeyd edək ki, İsrail rejiminin Baş Naziri Benyamin Netanyahu dünən verdiyi açıqlamada Qəzza zolağındakı müqavimət cəbhəsinin döyüşçülərini hər an vurmaqla təhdid etmişdi. 

Xəbəri paylaş

VİDEOLAR