HƏMAS-dan Nablus hadisələri ilə bağlı AÇIQLAMA

HƏMAS-dan Nablus hadisələri ilə bağlı AÇIQLAMA

İslami Müqavimət Hərəkatı (Həmas) Nablus hadisələri ilə bağlı açıqlama verərək, "Nablus qətliamına cavab vermək, işğalçı və məskunlaşanları ağır bədəl ödəməyə məcbur etmək xalqımızın haqqıdır", - deyə bildirib.

Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatının Nablus hadisələri ilə bağlı açıqlamasında bildirilib:

"Nablus qətliamına cavab vermək, işğalçı və onun məskunlaşanları ağır bədəl ödəməyə məcbur etmək xalqımızın haqqıdır. 

Qəhrəman komandirlərimizin, xalqımızın övladlarının qanı hədər getməyəcək. 

Şəhidlərimizin qanı hər zaman və hər yerdə işğalın ardınca gedəcək bir inqilab üçün güc və enerji mənbəyi olacaq".

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, işğalçı İsrail qüvvələrinin Nablusa təşkil etdiyi hücumlarda 3 nəfər şəhid olub, 4-ü ağır olmaqla 40 fələstinli yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR