HƏMAS-dan İsrailin Suriyaya hücumuna reaksiya

HƏMAS-dan İsrailin Suriyaya hücumuna reaksiya

HƏMAS-ın sözçüsü Həzim Qasim sionist İsrailin Suriyanın Homs əyalətinə həyata keçirdiyi hava hücumuna münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatının (Həmas) sözçüsü Qasim mətbuata açıqlamasında sionist İsrailin Suriya ərazisinə hücumlarına reaksiya verib:

"Sionist rejimin Suriyaya hücumları cinayətdir və xalqımıza qarşı hücumların davamıdır. Suriyanın düşmənə qarşı özünü müdafiə etmək hüququ var".

Həzim Qasim ümmətin sionist təcavüzünə qarşı birgə hərəkət etməli olduğunu vurğulayıb.

İşğalçı qüvvələrin Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətində bəzi məntəqələrə hava hücumları təşkil etdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR