Həmas-dan İsrailin qətliamlarıyla bağlı yeni açıqlama

Həmas-dan İsrailin qətliamlarıyla bağlı yeni açıqlama

HƏMAS bu gün sionist İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi iki qırğında 42 fələstinlinin şəhid olduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada, qatil İsrail ordusunun Qəzza zolağının şimalında başda olmaqla Fələstin xalqına qarşı qırğınlarını davam etdirdiyi bildirilib.

Bildirilib ki, sionist İsrailin Qəzzada dinc insanlara qarşı həyata keçirdiyi qətliamın sonuncusu köçkünlərin Şati Qaçqınlar Düşərgəsində sığındığı məktəbdə baş verib. Bu qırğında 12 nəfərin şəhid olduğu qeyd edilib.

Soyqırım törədən İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində də qırğın törətdiyi bildirilib. Cibaliya Qaçqınlar Düşərgəsindəki bir evin bombalanması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 30-dan çox mülki şəxsin şəhid olduğu bildirilib.

Açıqlamada, "İşğalçı nasist ordusunun etnik təmizləmə səviyyəsindəki bu qırğınlar Qəzza zolağının şimalına tətbiq etdiyi sərt blokada ilə birlikdə həyata keçirilir".

Qatil İsrailin bütün bu qırğınları ABŞ-ın himayəsi ilə Fələstin xalqına qarşı həyata keçirdiyi vurğulanarkən, ərəb ölkələri və beynəlxalq ictimaiyyət “Fələstin xalqına qarşı törədilən qırğınların qarşısını almağa” çağırılıb.

İşğalçı İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağının şimalındakı Cibaliya Beled qəsəbəsində bir evə təşkil etdiyi hücumda ilkin məlumata görə, 5 nəfər şəhid olub.

İsrailin Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsində didərgin düşmüş mülki şəxslərin sığındığı BMT məktəbinə axşam saatlarında təşkil etdiyi hücumda aralarında qadın və uşaqların da olduğu 12 nəfərin şəhid olduğu da qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR