HƏMAS Hollandiyada keçirilən matçda sionistlərin Fələstin bayrağına hörmətsizliyi və İspaniyanın İsrailə silah və hərbi texnika daşıdığı düşünülən iki gəminin İspaniya limanlarında lövbər salmasına icazə verməməsi ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın yüksək vəzifəli rəsmisi Sami Əbu Zuhri Amsterdamda keçirilən Ayaks-Makkabi Təl-Əviv matçından əvvəl sionistlərin Fələstin bayrağına hörmətsizliyi nəticəsində baş verən hadisələrlə bağlı deyib:
"Sionist rejimin beynəlxalq müdaxilə olmadan Qəzzada fələstinlilərə qarşı soyqırımını davam etdirməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur".
Qeyd edək ki, HƏMAS-ın yaydığı ayrı bir bəyanatda İspaniya hökumətinin İsrailə silah və hərbi ləvazimat daşıdığı düşünülən iki gəminin İspaniya limanlarında lövbər salmasına icazə verməməsi təqdir edilib.
Həmas həmçinin BMT-dən işğal qüvvələrinə silah ixracını qadağan edən qətnamənin təsdiqini tələb edib.