HƏMAS-ın verdiyi yazılı açıqlamada islam və ərəb ölkələri ilə yanaşı, dünyanın bütün azad insanlara müraciət edib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda Qəzzaya dəstək, qadın və uşaqlara qarşı törədilən cinayətləri, ABŞ və Qərbin soyqırım müharibəsinə dəstəyini pisləmək üçün dekabrın 15-16-17-də kütləvi nümayişlərin keçirilməsi istənilib.
HƏMAS-ın açıqlamasında bu günlərdə hər cür etiraz üsullarından istifadə edilməsi və Qəzzada müharibə dayanana qədər bu etiraz hərəkatının bütün dünyada davam etdirilməsi tələb edilib.