Həmas-dan BMT-yə: Sionistlərin cinayətlərini dayandırın!

Həmas-dan BMT-yə: Sionistlərin cinayətlərini dayandırın!

İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyye ilə, BMT baş katibinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tor Vennesland arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyye, ona zəng edən BMT baş katibinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tor Vennesland ilə telefon danışığı zamanı, Fələstinlə bağlı siyasi məsələlər və son baş verən hadisələr haqqında dəyərləndirmələr edib.
Haniyye işğal rejiminin İordan çayının qərb sahili, Qəzza zolağı və Qüdsdə törətdiyi pozuntular və haqsızlıqlar barədə, Vennesland-a məlumat verərkən, sionistlərin son günlərdə törətdiyi qətllərə də xüsusi diqqət çəkib.
O xatırladıb ki, Fələstin xalqı müqəddəs Ramazan ayını qarşılayarkən işğalçı sionistlər Cənindən olan 5 nəfəri vəhşicəsinə qətlə yetiriblər.
Haniyə həmçinin, həm işğalçı qüvvələrin, həm də onların himayəsində olan yəhudi köçkünlərin fələstinlilərə qarşı hücumlarının, İfrat sionist deputat Ben Qvirin Məscidi-Əqsaya təşkil etdiyi basqınların və işğalçı rejimin xarici işlər naziri Lapidinin Bab əl-Əmud bölgəsində təxribatlarının davam etdiyini qeyd edərək, işğalçı rejimin bütün bu pozuntularının və qətllərinin qarşısını almaq üçün BMT-nin üzərinə düşəni etməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR