HƏMAS-dan atəşkəs açıqlaması

HƏMAS-dan atəşkəs açıqlaması

Həmas bu gün Qətərdə atəşkəs üçün ciddi və müsbət danışıqların aparıldığını və sionist İsrailin yeni şərtlər irəli sürməyi dayandıracağı təqdirdə razılığın əldə oluna biləcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, açıqlamada Dohadakı danışıqların vasitəçi ölkələr Qətər və Misirin himayəsi altında keçirildiyi bildirilib və əlavə edilib: "İşğalçı yeni şərtlər irəli sürməsə, atəşkəs və əsir mübadiləsi razılaşmasına nail olmaq mümkün olacaq". 

Misir mətbuatı Qahirə və Doha rəsmilərinin Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün intensiv səylər göstərdiyini açıqlayıb.

Misirdəki media qurumları olan Cairo al-Ikhbariyya və Extra News kanalları, Misir və Qətər səlahiyyətlilərinin Qəzza zolağında atəşkəs əldə etmək üçün bütün tərəflərlə keçirdiyi görüşlərdə sıx səy göstərdiklərini qeyd ediblər.

Digər tərəfdən qatil İsrail ordusu radiosunun məlumatına görə, sionist İsrailin müdafiə naziri Yisrael Katz bu gün verdiyi açıqlamada deyib:

"Həmas ilə əsir mübadiləsi və atəşkəs razılaşmasına çox yaxın olduqlarını".

“Müharibədə ilk məqsədimiz əsirləri geri qaytarmaqdır” deyən Katz, qismən də olsa razılığa gəlməyi dəstəklədiklərini və əsirlərin geri qaytarılması üçün hər şeyi edəcəklərini bildirib.

İşğalçı İsrailin xarici işlər naziri Gideon Saar da HƏMAS ilə əsir mübadiləsi razılaşmasını dəstəklədiyini iddia edib.

Xəbəri paylaş

VİDEOLAR