HƏMAS və Fələstinin Azadlığı Demokratik Cəbhəsi Qəzza zolağına hücumlar dayandırılmadan, bölgədən tamamilə geri çəkilmədən və ciddi məhbus mübadiləsi razılaşması olmadan sionist İsraillə heç bir razılaşmanın olmayacağını açıqladı.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS və Fələstin Demokratik Qurtuluş Cəbhəsi tərəfindən verilən ortaq açıqlamada qatil İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda iki müqavimət hərəkatının "əhəmiyyətli" görüş keçirdiyi ifadə edilib.
Açıqlamada, "İsrailin hücumları sona çatdıqda Qəzza ilə bağlı qərar vermək hüququ Fələstin xalqına məxsusdur" ifadəsi işlədilib.
Bəyanatda vurğulanır ki, “Milli bütövlüyün xaricində olan hər hansı gücə işğal kimi baxılacaq və Fələstin ərazisində yer olmayacaq”.
“Biz təsdiq edirik ki, fələstinlilərin hücumların dayandırılması, Qəzza zolağından tamamilə çıxarılması, blokadanın yarılması, regionun yenidən qurulması və ciddi məhbus mübadiləsinə nail olmaq kimi tələbləri yerinə yetirilməyənə qədər sionist işğalı ilə heç bir razılaşma və ya anlaşma əldə olunmayacaq."