HƏMAS-dan Almaniyaya ÇAĞIRIŞ: Bu qərarınızı ləğv edin!

HƏMAS-dan Almaniyaya ÇAĞIRIŞ: Bu qərarınızı ləğv edin!

HƏMAS Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırım ittihamı ilə mühakimə olunan sionist İsrailin lehinə işə müdaxilə edəcəyini açıqlayan Almaniyanı "qərarı ləğv etməyə" çağırıb.

Az.rasthaber.org xəbər verir ki, Sputnik-in məlumatına görə, Həmas Siyasi Bürosunun üzvü İzzət ər-Rişk verdiyi yazılı açıqlamada Almaniyanın Qəzza zolağında Fələstin xalqının etnik təmizləmə və məcburi köçkünlüyünə dəstək verən rəftarını pislədiyini bildirib.

Bəyanatda Almaniyanın İsrailin lehinə olan münasibətinin tarixdə nasistlərin törətdiyi cinayətlərin kəffarəsini almaq cəhdi olduğu vurğulanıb və əlavə edilib:

“Bu münasibət yeni Holokostu dəstəkləyən və bəyənən Almaniyanı sıxan böyük bir günahdır. bizim xalqımız buna məruz qalır”.

Rişk BƏM-də soyqırım ittihamı ilə mühakimə olunan İsrailin lehinə davaya müdaxilə edəcəyini açıqlayan Almaniyanı qərarından dönməyə çağırıb. Almaniya dünən Beynəlxalq Ədalət Məhkəməsinin işini dəstəklədiyini və əsas işdə üçüncü tərəf kimi İsrailin xeyrinə müdaxilə etmək niyyətində olduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR