Həmas Qəzzada humanitar böhrana son qoymaq və daimi atəşkəsə nail olmaq üçün sionist İsraillə dərhal dolayı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS Qəzza zolağında atəşkəs üçün soyqırım törədən İsraillə dərhal dolayı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzzada müvəqqəti atəşkəs və əsir mübadiləsi təklifinə cavabından sonra verilib.
HƏMAS bəyanatında Vitkoffun təklifində razılığın əldə oluna bilməyən məsələlərin həlli, Qəzzada humanitar böhrana son qoyulması, daimi atəşkəsin yaradılması və İsrailin bölgədən tamamilə çıxarılmasının təmin edilməsi üçün dərhal danışıqlara başlamaq istədiyini bildirib.
Həmas həmçinin Qətər və Misirə atəşkəsə nail olmaq üçün göstərdikləri səylərə görə təşəkkür edib.
Həmas ABŞ-ın 60 günlük müvəqqəti atəşkəsi ehtiva edən təklifində danışıqların 60 günü keçəcəyi təqdirdə atəşkəsin avtomatik uzadılacağına dair dəqiq zəmanətin olmamasından narahatlığını ifadə edib.
HƏMAS əvvəlki cavabında Qəzzada hələ də sağ olan 10 məhbusun və 18 məhbusun cəsədinin sionist İsrailə qaytarılması müqabilində İsraildən müəyyən sayda fələstinli məhbusu azad etməyi tələb etmişdi.
Cavabında Vitkoff HƏMAS-ın cavabını “tamamilə qəbuledilməz” adlandırıb.
Xatırladaq ki, İsrail mayın 29-da ABŞ-ın atəşkəs təklifini qəbul etmişdi.