Fələstin İslami Müqavimət Hərəkatının mətbuat katibi Hazim Qasim Bəhreynin İsrail rejimi ilə normallaşma sazişinə münasibət bildirib.
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, HƏMAS Bəhreynin İsrail ilə normallaşma sazişini "əsrin sazişi"nin Fələstin iddiasını ləğv edən müddəalarının həyata keçirilməsindəki qətiyyət kimi dəyərləndirib.
Qasimi "Normallaşma prosesi bu dövlətləri xalqımıza qarşı hücum olan "əsrin sazişi"nə tərəfdaş etmiş olur", - deyə bildirib.
Xatırladaq ki, Ali Xəlifə rejimi ABŞ-ın nəzarəti altında İsrail ilə diplomatik əlaqələr qurmaq üçün razılaşma əldə edildiyini açıqlayıb.