HƏMAS beynəlxalq təşkilatları Qəzzəyə təcili tibbi yardım göndərməyə çağırıb

HƏMAS beynəlxalq təşkilatları Qəzzəyə təcili tibbi yardım göndərməyə çağırıb

HƏMAS sionist işğalçı rejimin fələstinlilərə qarşı soyqırımını davam etdirməsi səbəbindən Qəzzə zolağında səhiyyənin vəziyyətinin pisləşməsinə işarə edərək, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumları Fələstinin bu bölgəsinə tibbi və sağlamlıq yardımı göndərməyə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq vurğulayıb: “Sionist rejimin Qəzzə zolağındakı hərəkətləri, insanlığa qarşı cinayətləri, soyqırım törətməsi, etnik təmizləmə aparması və beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətlərinə göz yumması beynəlxalq sistemin uğursuzluğunun misilsiz mənzərəsini göstərir.”

HƏMAS Ümumdünya Səhiyyə Təşkilatını və beynəlxalq təşkilatları Qəzzə zolağına tibbi avadanlıq və yardımların daxil olması üçün təcili tədbirlər görməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR