HƏMAS atəşkəs şərtlərini Misir və Qətərə çatdırıb

HƏMAS atəşkəs şərtlərini Misir və Qətərə çatdırıb

Sionist İsrailin Fələstin və Qəzza zolağında qırğın hücumlarının davam etdiyi halda, HƏMAS Misir və Qətərə vasitəçilik yolu ilə atəşkəs şərtlərini çatdırdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, məlumatda bildirilib:

“Bu gün (14 mart) hərəkat vasitəçi qardaşlara (Misir-Qətər) barışıq üçün zəruri hesab etdiyi prinsip və əsaslara əsaslanan hərtərəfli təklif təqdim edib”.

Hərəkatın təqdim etdiyi təklifin əsir mübadiləsi faylının da yer aldığı bildirilən açıqlamada HƏMAS-ın hər zaman Fələstin xalqının hüquqlarını qorumağa davam edəcəyi vurğulanıb.

Məlumatda həmçinin bildirilib:

"Bu addım Qəzzada xalqımıza qarşı hücumu dayandırmaq, onlara yardım göstərmək, köçkünlərin geri qayıtmasını və işğalçı qüvvələrin Qəzza zolağından çıxarılmasını təmin etmək üçün aparılan danışıqların davamının bir hissəsidir".

Sionist İsrailin "Kanal 12" televiziyasının xəbərinə görə, Qətər Əsir mübadiləsi razılaşması ilə bağlı Həmas-ın cavabını İsrailə çatdırıb.

İsrail baş nazirliyindən verilən açıqlamada Netanyahunun vasitəçilərə təqdim etdiyi yeni atəşkəs və əsir mübadiləsi razılaşması təklifində HƏMAS-ın "məntiqsiz təkliflərində israrlı olduğunu" ifadə etdiyi bildirilib.

Açıqlamada, Netanyahunun razılaşma ilə bağlı yeniləməni döyüş kabinetinə təqdim edəcəyi və bunun cümə günü qiymətləndiriləcəyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR