HƏMAS: Atəşkəs haqqında danışıla bilməz!

HƏMAS: Atəşkəs haqqında danışıla bilməz!

Fələstin İslami Müqavimət Hərəkatı Həmas vurğulayıb ki, sionist rejim Fələstin xalqına qarşı hücumlarını gücləndirdiyi müddətcə sülh və atəşkəsdən danışmaq mümkün deyil.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS hərəkatının sözçüsü Hazim Qasim indiki vəziyyətdə atəşkəsin mümkün olmadığını vurğulayıb.

Hazım Qasım bu açıqlamaları verib:

"Vasitəçilikdən (atəşkəsdən) danışmaq hələ tezdir, çünki bu hadisələrin gedişatında döyüş meydanı həlledicidir və hazırda bu ərazi hələ də yanır, bir tərəfdən müqavimət, digər tərəfdən sionist rejimin hücumları hələ də davam edir.

Əl-Əqsa tufanı əməliyyatı əvvəlki əməliyyatlarla müqayisədə misli görünməmiş bir əməliyyatdır və müqavimət hərbi fəaliyyətini görünməmiş şəkildə artırıb və bu əməliyyatda iştirak edən qüvvələr də insan sayı və taktika baxımından unikaldır.

Əl-Əqsa tufanı əməliyyatı bitdikdən sonra İsrailin əsir götürdüyü əsgərlərdən danışacağıq və bununla bağlı tələblər Qəssam Briqadaları ilə bağlıdır və bu mərhələdə heç vaxt tələblər qeyd edilməyəcək.

Bu əməliyyatı fərqli edən odur ki, müharibə sionist rejimin Qəzza zolağının ətrafındakı hərbi bazalarına köçürülür.

Bu əməliyyat sionist rejimin İordan çayının qərb sahilində islam və xristianlığın müqəddəs məkanlarına və məhbuslara qarşı artan hücumları və təxribatçı hərəkətlərinə cavab olaraq həyata keçirilib".

Xəbəri paylaş

VİDEOLAR