Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS-ın yüksək rütbəli rəsmisi Üsamə Həmdan deyib: Sionistlərin Fələstin torpaqlarını işğalına son qoymayınca Qərbi Asiya regionu təhlükəsizlik və sabitliyin şahidi olmayacaq.
Az.rasthaber.org xəbər verir ki, Beyrutda mətbuat konfransında jurnalistlərə açıqlama verən HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan ABŞ və İngiltərəyə müstəmləkəçilik siyasətindən əl çəkməyi və bunu digər ölkələrin suverenliyinə və maraqlarına hörmət edərək sübut etməyi tövsiyə edib.
Həmdan bütün dünya ölkələrinin Vaşinqton və Londonun təcavüzkar siyasətindən bezdiyini, Fələstin xalqının məruz qaldığı vəhşi sionist cinayətlərə və soyqırım müharibəsinə biganə qalmayacaqlarını bildirib.
Müqavimət qruplarının Əqsa tufanı adlı bölgədəki əməliyyatından sonra sionist rejim oktyabrın 7-də mühasirədə olan Qəzza zolağına hücuma keçib. Rejim həmçinin Qəzzanı tam mühasirəyə alaraq sahil bölgələrinə yanacaq, elektrik, qida, su və dərmanların daxil olmasına mane olub.
İsrailin davamlı hərbi əməliyyatı indiyə qədər əksəriyyəti qadın və uşaq olmaqla ən azı 23 min 843 fələstinlinin şəhid olmasına, 60 min 317 nəfərin yaralanmasına səbəb olub.
HƏMAS-ın yüksək rütbəli rəsmisi İsrail rejiminin törətdiyi soyqırım cinayətlərinə və minlərlə fələstinlinin qətliamına baxmayaraq, Qəzzaya hücumla qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmadığını bir daha vurğulayıb.
Həmdan əlavə edib: "Sionist düşmən böyük xalqımızın iradə və əzmini qıra bilmədi. Fələstin müqavimətinin gücü və əzmini sarsıda bilmədi".
“Düşmən oktyabrın 7-dən strateji itki verib və Qəzza zolağına təcavüzünü davam etdirdiyi üçün uğursuzluqdan sonra da uğursuzluq yaşamağa davam edəcək”, - HƏMAS-ın Livandakı nümayəndəsi bildirib.
O qeyd edib ki, Fələstin xalqı indiyə qədər düşmənin bütün planlarını puça çıxarıb və bundan sonra da bütün planlarını puça çıxaracaq və Əqsa tufanı əməliyyatında aşkar qələbə qazanacaq.
Həmdan bildirib ki, Fələstin xalqının işğal və müstəmləkəçiliklə mübarizəsi 2023-cü il oktyabrın 7-də deyil, ondan xeyli əvvəl başlayıb və 30 il İngiltərə müstəmləkəçiliyi və 75 il sionist işğalı olmaqla 105 il davam edib.
Həmas nümayəndəsi deyib: “ABŞ və onun Qərb müttəfiqləri sionist varlığın “qanundan üstün dövlət” kimi yaranmasından bəri onunla məşğul olurlar və hələ də onun işğalının davamı üçün lazımi dəstəyi verirlər”.
Rejimin ən sadiq müttəfiqi olan ABŞ Qəzzaya hərbi hücumun başladığı gündən İsrailə 10 min tondan çox hərbi texnika verib.
Vaşinqton həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının regionda dərhal atəşkəs tələb edən bütün qətnamələrinə veto qoyub.