HƏMAS ABŞ-ın atəşkəs iddialarını rədd edib

HƏMAS ABŞ-ın atəşkəs iddialarını rədd edib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib ki, İsrail blokada altındakı Qəzza zolağının şimalındakı mülki əhalinin tərk etməsinə icazə vermək üçün hücumları gündə 4 saat dayandırmağa razılaşıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin müşaviri Tahir ən-Nunu məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın bu mövzuda verdiyi açıqlamaları təkzib edərək, sionist İsraillə humanitar atəşkəsin hələ əldə olunmadığını bildirib.

Danışıqların davam etdiyini, lakin indiyə qədər sionist İsraillə heç bir razılığın əldə olunmadığını qeyd edən Nunu, "Əgər razılaşma əldə olunarsa, xalqımıza açıq şəkildə elan ediləcək", - deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR