Hələb Aeroportu fəaliyyətə başladı

Hələb Aeroportu fəaliyyətə başladı

Suriyanın nəqliyyat naziri bu ölkənin şimal-qərbində yerləşən Hələb beynəlxalq hava limanının yenidən açılmasından xəbər verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriyanın nəqliyyat naziri Əli Həmud bu ölkənin şimal-qərbində yerləşən Hələb beynəlxalq hava limanının yenidən açılmasından xəbər verib.

Əli Həmud vurğulayıb ki, Dəməşqdən Hələbə ilk uçuş fevralın 19-da həyata keçiriləcək.

"Hələbdən Dəməşqə və Qahirəyə uçuş proqramları da qarşıdakı günlərdə müəyyən olacaqdır.", -deyə nazir əlavə edib.

Qeyd edək ki,Hələbin şimal qərb və qərb bölgəsindəki bəzi rayonlar terrorçulardan azad edilib, bəzi strateji magistral yollar ələ keçirilib.

Xəbəri paylaş

VİDEOLAR