Müxtəlif ixtisaslara malik 15 sionist həkim İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağındakı sionist əsirlərlə bağlı siyasətlərinə etiraz olaraq tətilə çıxıb və fəaliyyətlərini dayandırıblar.
Rasthaber Azərbaycan sionist mediasına istinadən xəbər verir ki, bu mütəxəssis həkimlər Qəzza zolağından sionist girovların (əsirlərin) qaytarılması üçün HƏMAS ilə razılıq əldə olunana qədər tətillərini davam etdirəcəklərini elan ediblər.
Bu hesabata görə, işğal olunmuş Fələstin ərazilərindəki digər 30 həkim də həmkarlarının tətilinə qoşulmağa hazır olduqlarını bəyan ediblər.